Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri ilə DANIŞDI

12 Fevral 2023 09:33 (UTC+04:00)

BŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukrayna MN başçısı Oleksiy Reznikov arasında telefon danışığı olub. SİA xəbər verir ki, tərəflər Ukraynanın müdafiəsi üzrə təmas qrupunun gələn toplantısının gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya tədarükü məsələləri, cəbhədəki son durum da müzakirə edilib.

Qeyd edək ki, təmas qrupunun toplantısı gələn həftə Belçikanın paytaxtı Brüsseldə gerçəkləşdiriləcək.