Türkiyənin məşhur müğənnisi Gülben Ergen fevralın 6-da baş verən dəhşətli zəlzələ nəticəsində meydana gələn dağıntılarla bağlı yaxınlarından acı xəbər alıb. SİA xəbər verir ki, bu barədə tanınmış ifaçı özünün sosial şəbəkə hesabından paylaşım edib:
“Serdarımız... “Uşaqları Güldürmək Dərnəyi”nin könüllüsü. Qara xəbər bu gün gəldi. Serdar qardaşım, əkiz uşaqları, anasının və bacısının cansız cəsədləri bu gün dağıntılar altından çıxarıldı. Səbr ver, Allahım!”.