"Dünya humanizm ideallarına sadiq Azərbaycan qadının obrazını görürür" - DEPUTAT ŞƏRH ETDİ

11 Fevral 2023 18:07 (UTC+04:00)

“Dünya humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürür

"Azərbaycan xalqı və dövləti bu çətin gündə qardaş Türkiyə dövlətinə və türk xalqına dəstəyini davam etdirir. İnsanlar könüllü şəkildə yardım məntəqələrinə gedir, dəstək göstərməyə çalışır. Maddi vəziyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar səfərbərdir. Bu, Azərbaycan xalqının əsas keyfiyyət göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında da xalqımızın xeyirxah, nəcib keyfiyyətləri xüsusi qeyd olunur: "Mehriban xanım müraciətində insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir.

Xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur".

Deputat sözlərinə davam edərək bildirib ki, Mehriban xanım müraciətində hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə də yüksək qiymət verir: "Yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin humanistliyi, nəcib əməli təqdir olunur.

Zəlzələdən 6 gün ötür. Xilasetmə işləri davam edir. Bir tərəfdə dağıntılar altında qalan insanlar, digər tərəfdə maddi və mənəvi yardıma ehtiyacı olan on minlərlə insan. Onların vəziyyətini gördükcə ürəyimiz parçalanır. Azərbaycandan qardaş ölkəyə yardım hər gün daha geniş miqyasda davam edir.

Bütün humanitar missiyalarda olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu öndədir. Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq yardım kampaniyasına start verildi. Belə ki, Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanır və ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınır.

Növbəti humanitar dəstək fonunda

Mehriban xanım Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəsübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük. Təsadüfi deyil ki, bu gün bütün Azərbaycan qadınları, anaları ürək yanğısı ilə zəlzələ qurbanlarına dəstək nümayiş etdirir.

Türkiyədəki zəlzələni müzakirə edərkən Azərbaycan xalqının da milli birlik və həmrəyliyi xüsusi qeyd olunur.

Gənc könüllülərimiz də bu prosesdə fəal iştirak edir. Mehriban xanımın müraciətində də qeyd olunduğu kimi, bu gün hər birimiz Azərbaycanlı olmağımızla qürur duyuruq".