"Qızımı dağıntılar altından çıxara bilmədim" - ZƏLZƏLƏDƏ QIZINI İTİRƏN ATA DANIŞDI

11 Fevral 2023 11:34 (UTC+04:00)

Kahramanmaraşda dağıntılar altında həyatını itirən qızının əlini buraxa bilməyən ata Məsut Hançerin fotosu bütün dünyanı ağlatıb. SİA xarici mətbuta istinadn xəbər verir ki, sosial mediada on minlərlə paylaşılan və milyonlarla baxış alan beynəlxalq xəbər agentliyi 'Türk atanın ağrısı zəlzələ faciəsinin simvolu oldu' başlığı ilə xəbər təqdim edib.

Həmin türk agentliyi hadisə ilə bağlı Məsut Hançerin fikirlərini öyrənib: "Qaçdım. Allaha yalvarırdım ki, qızım sağ çıxsın. Digər tərəfdən isə evimizin dağılmamasını istəyirdim. Lakin qızımı dağıntıların altından çıxara bilmədim" - deyərək o bildirib.