2 dron Kiyev səmasında vurulub

11 Fevral 2023 01:05 (UTC+04:00)

Dnepr sahilinədək gəlib çıxmış 2 dron Kiyev səmasında vurulub. SİA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Ordusuna məxsus dronlar İranda istehsal edilib. Kiyev və Nikolayev vilayətlərində də dron hücumu qeydə alınıb. Onların əksəriyyəti vurulub.