“Gənclər olmasa Azərbaycan teatrından danışmaq əbəsdir” - MÜSAHİBƏ

10 Fevral 2023 15:19 (UTC+04:00)

SİA Şöhrət ordenli, Xalq artisti, professor İlham Namiq Kamal ilə müsahibəni təqdim edir :

- Azərbaycan Teatrında ən böyük çatışmazlıq nədir ?

- Azərbaycan teatrı hər zaman inkişaf edir. Bu günlərdə də cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan teatrının 150 illik yubiley tədbiri qeyd olunacağı bildirildi. Teatrdakı çatışmazlıq məsələsinin bir amili var ki, o da struktur dəyişikliyidir. Teatrın beyni baş rejissordur. Lakin tearda baş rejissorlar səlahiyyətləri əllərindən alındığı müddət ərzində teatr inkişaf edə bilməyəcək.

- Bu gün teata üz tutan tamaşaçı sayı sizi qane edir ?

- Mən hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərirəm. Hər zaman da auditoriya tamaşaçılarla dolu olur, tamaşıçılar səngimir. Özü teatra getməyən şəxslər teatrda tamaşaçı sayının az olduğunu deyirlər. Lakin getsələr, teatrda hər zaman tamaşaçı olduğunun şahidi olarlar”.

- Teatrda yeni nəsil aktyorlara, gənclərə nə dərəcədə yer verilir ?

- Əgər gənclər olmasa Azərbaycan teatrından danışmaq əbəsdir. Bizim teatrımız gənclik deməkdir. Əlbəttə ki, teatrlarımızda qocaman, orta yaşlı nəsil ilə yanaşı gənc nəsil də fəaliyyət göstərir. Amma gənclər hər zaman üstünlük təşkil edir. Azərbaycanda hazırda 28 dövlət teatrı var. Bu 28 teatrın demək olar ki, 99 faiz aktyorları, rejissorlarının da hər bir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır”.

- Yaxşı aktyor olmaq üçün nə etmək lazımdır ?

- Yaxşı aktyor olmaq üçün ilk növbədə savadlı olmaq lazımdır. Daha sonra isə istedad və ağıl mühüm əhəmiyyət kəsb edir. Mən gəncləri çox sevirəm. Ayrı-ayrı teatrlarda fəaliyyət göstərən tələbələrim də var. Mən gənclərə tövsiyə verməkdənsə, onlara kömək etməyin tərəfdarıyam. Bunu hər kəs özündə formalaşdırmalıdır.

- Azərbaycan teatrına hansı yeniliklərin gətirilməsini istərdiz ?

- Azərbaycan teatrı hər zaman peşəkar rejissorlarla əhatə olunub. Bu gün isə istərdim ki, teatrlarımızda gənc rejissorlara yer verilsin. Eyni zamanda düşünürəm ki, gəncləri xarici ölkələrə göndərmək lazımdır. Çünki dünya qloballaşır və qloballaşan dünyada yalnız öz çevrəmizdə qalmamalıyıq”.