“Hazırda Türkiyədə Fövqəladə Hallar Nazirliyinin 747 nəfər personalı Türkiyədədir”. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Fövqaladə hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan aldığımız xəbərə görə, FHN-nin 8 xilasetmə heyəti axtarış işləri ilə məşğuldur, 1 ədəd Mobil səhra hospitalımız 3 köməkçi konteryeri ilə birlikdə Türkiyədə zəlzələ baş verən ərazidədirlər : “3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi, 1405 ədəd çadır, 552 ədəd qızdırıcı, 440 əddə çarpayı, 2 ədəd böyük gücə malik generator, 1448 ədəd ədyal, 8min ədəd geyim dəsti, 20min ədəd cüt corab, 650 masa, 2min oturacaq, 7 min ədəd ipək dəsmal və digə lazimi avadanlıqlar Türkiyəyə göndərilmişdir”.