“İsrail və Türkiyə münasibətləri yerli mərhələyə qədəm qoyub. Hər zaman bu iki ölkənin geosiyasətləri üst-üstə düşüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün Türkiyə və İsrail arasında hərbi, iqtisadi əməkdaşlıq olduqca yüksək səviyyədədir: “Həmçinin Azərbaycanın müttəfiqlərinin bir-birinə yaxın olması maraqlara cavab verir. Məlum zəlzələnin baş verməsi ilə əlaqədar olaraq bir çox ölkələr Türkiyəyə yardım edirlər. Bilirsiz ki, belə anlarda hətta Türkiyənin Yunanıstana yardım etməsi bir daha onu göstərir ki, fövqəladə hallar vəziyyətində insanlar siyasəti kənara qoymalıdırlar.
Qardaş Türkiyə hazırda böyük fəlakətlə qarşı-qarşıyadır. Son 100 ildə ən güclü zəlzələ baş vermişdir. İsrailin mərkəzi şəhərində müxtəlif binaların üzərində Türkiyə bayrağının olması əlbətdəki bir çox vacib amillərdən biridir. Düşmənlər bilməlidir ki, onlar Türkiyənin qarşısında heç bir halda qələbə qazana bilməyəcəklər”.