Miqrenin yaranma səbəbləri BƏLLİ OLDU - VİDEO

10 Fevral 2023 10:30 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova STV-nin “Xəbər” proqramına “Miqrenin yaranma səbəbləri” barədə müsahibə verib. SİA xəbər ki, sujeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Sizə təqdim edirk.

Dr.Mehriban Məmmədova 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2001-2002-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında uşaq nevropatoloqu ixtisası üzrə internatura təhsili almışdır. Əmək fəaliyyətinə 2004-cü ildə başlamış, 2015-ci ilə qədər müxtəlif dövlət və özəl müəssisələrində uşaq nevropatoloqu kimi fəaliyyət göstərmişdir. 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində uşaq nevropatoloqu kimi çalışır. Dr.Mehriban Məmmədova öz üzərində daim çalışan, işlədiyi sahə üzrə bilik və bacarıqlarını təkmilləşdirmək üçün müntəzəm olaraq ixtisasartırma təlimlərində iştirak edən, dünya mətbuatında ixtisasına dair tibbin son nailiyyətlərini izləyən yüksəkixtisaslı mütəxəssisdir.

O, 2010-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Nevropatologiya” üzrə ümumi təkmilləşdirmə kursunda, 2016-cı ildə Bakıda Memorial Ankara Universitetinin təşkilatçılığı ilə “Uşaq Sağlamlığı” mövzusunda təlimdə, 2017-ci ildə Türkiyə Nevroloji Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada Yeniliklər” simpoziumunda, 2018-ci ildə Azərbaycan Tibb Assossiasiyası və Türkiyə Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada Yeniliklər” mövzusunda VIII simpoziumda, 2019-cu ildə Beynəlxalq Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə 17-ci UNPSTR Avrasiya konqresində, həmin ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “İmmunpatoloji Xəstəliklər” adlı 1-ci Beynəlxalq konfransında və Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə “Ailə həkiminin fəaliyyətində Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfransda, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Pediatriyada aktual mövzular: Müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” beynəlxalq elmi konfransda iştirak etmişdir.