Amerikaya köçən azərbaycanlı keçmiş aparıcı Günel Hümbətova haker hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə Günel Hümbətova sosial mediada məlumat yayıb. O, bildirib ki, dünəndən başlayaraq votsap hesabına qəribə zənglər gəlməyə başlayıb. Onun sözlərinə görə, hakerlər onun adından tanışlarına qarşı dələduzluq edib:
"İlk dəfədir ki, belə bir hadisə görürəm, eşidirəm, həm də şahidi oluram. Votsap nömrəm hak olunub və insanlara yazıb pul istəyirlər. Bir tanışım artıq $800 göndərib. Dostlar, cavablandırmayın və heç nə göndərməyin. Bu, mən deyiləm", - o, sosial media hesabından bildirib.