Türkiyəli aparıcının qohumları dəhşətli zəlzələnin qurbanı olub

10 Fevral 2023 06:55 (UTC+04:00)

Türkiyəli aparıcı-aktrisa Zuhal Topalın qohumları da dəhşətli zəlzələnin qurbanı olub. SİA xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.

Aparıcı dayısı və onun övladının dağıntılar altında qalaraq həlak olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər ölüb.