Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində ağaclarla ziyan dəyməsi ilə bağlı səhər verilən xəbərə əlavə olaraq bildirilib ki, hazırkı vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan verilən məlumata əsasən, həmin ağaclar kəsilərək, ərazi təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadisə yerinə gələrək fəsadları aradan qaldırırlar.