“Azərbaycan İlahiyyat İnstitutu 2018-ci il fevralın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas səbəbi din sahəsində peşəkar kadrların hazırlanmasıdır. Bu beş il ərzində Aİİ ali dini təhsilin təşkili sahəsində mühüm işlər görüb. Əvvəla onu qeyd edim ki, Aİİ yarandığı gündən Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin qayğısı ilə əhatə olunub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Aİİ-nin rektoru Aqil Şirinov deyib.
Onun sözlərinə görə, institumuzda tədris tamamilə ödənişsizdir. Eyni zamanda təhsil alan tələbələr stependiya ilə yanaşı, yemək pulu, kitablar və müxtəlif əlavə stependiyalar ilə də təmin olunurlar. Bu da Aİİ-nin dövlət qayğısı ilə əhatə olunduğunu göstərən əsas amillərdəndir.
Beynəlxalq əlaqələrimiz çox güclüdür. Aİİ qardaş Türkiyənin xeyli təhsil ocaqları ilə əməkdaşlıq edir. Ümumilikdə dünyanın 30-a qədər universitetləri ilə əməkdaşlıq edir. İstər tələbə, istərsə də müəllim mübadiləsi həyata keçirilir. Əsas qayğı isə ondan ibarətdir ki, Azərbaycanın mənəvi sərvətlərini qoruya biləcək peşəkar kadrlar hazırlanır. Bir il əvvəl biz ilk məzunlarımızı verdik. Əminəm ki, Aİİ-ni bitirən tələbələr həm dini dərindən öyrənəcək, həm də xuravatdan uzaq bir şəkildə, siyasətə qarışmadan dinimizi insanlara çatdıracaqlar”.