İkigünlük seminar keçiriləcək

9 Fevral 2023 14:42 (UTC+04:00)

Azərbaycan Həndbol Federasiyası tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçiriləcək. Bu barədə SİA-ya məlumat AHF-dən məlumat verilib.

“AHF Arena”da təşkil olunacaq seminar fevralın 11-12-də saat 11:00-da başlayacaq.

Seminarda oyun qaydalarına edilən dəyişikliklər, məşq prosesi və yarış təqvimi müzakirə olunacaq.