“Əlbəttə, hamı bilir sağlam qidalanmalıyıq ki, sağlam olaq. Yüksək miqdarda xolesterin tərkibli qidaların müntəzəm istifadəsi qan damarlarına dağıdıcı təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Sevinc Həsənzadə bildirib.
Diyetoloq qeyd edib ki, xolesterinlə zəngin olan mayonez, marqarin, “fast food”, hisə verilmiş ət və qızardılmış qidaların istifadəsi təhlükəlidir: “Şirniyyat da mənfi təsir göstərir, çünki şəkər qan damarlarının daxili divarlarını zədələyir, bu da qoruyucu qatın itməsinə səbəb olur. Damar daralmasında və bədənin müəyyən bölgələrinin qanla təchizatında nikotin əsas səbəblərdən biridir. Qeyd edilir ki, uzun müddət siqaret çəkmək də qan damarlarının daxili təbəqəsinin hüceyrələrini məhv edir. İnsanları arterial təzyiqlərinə nəzarət etməlidir. Çünki yüksək təzyiqlə vurulan qan damarlarda anevrizmalar yarada və yırtılmaya səbəb ola bilər. Vaxtı keçmiş qidalar isti havalarda daha böyük risk yaradır. Mənşəyi məlum olmayan ərzaqlar haqqında, ümumiyyətlə, danışmağa dəyməz".
Sevinc Həsənzadə qeyd edib ki, sağlam olmaq üçün qidamızda daha çox bol tərəvəz yemək məsləhətdir: “Çünki yediyiniz ət məhsullarının həzmi üçün çox lazımlı və faydalıdı. Meyvələri günün ilk yarısında mütləq yeyin. Gün ərzində 3 əsas və 3 ara qidaya üstünlük verilməlidir. Su içməli və yuxunu 8 saat doymalısız. Keyfiyyətli qida və sağlam həyat tərzi müasir dövrdə bizim daha uzun ömürlü olmağımızın qarantıdır”.