Çexiya Türkiyəyə yardım heyəti göndərib

9 Fevral 2023 10:41 (UTC+04:00)

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra bir çox ölkə Türkiyəyə yardım üçün hərəkətə keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çexiya Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün 4 axtarış itindən ibarət 68 nəfərlik axtarış-xilasetmə qrupu göndərməyə qərar verib. Yardım heyəti Praqa Vatslav Haveldən yola düşəcək. Hava limanından Türkiyəyə saat 20:00-da çatacaq.