BMT zəlzələ nəticəsində həyatını itirənləri bir dəqiqəlik sükutla yad edib

9 Fevral 2023 10:15 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatında (BMT) Türkiyə və Suriyada baş verən zəlzələdə həyat həyatını itirənlər anılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində BMT-nin baş katibi Antonio Quterreşin sədrliyi ilə keçirilən Baş Assambleyanın 2023-cü il gündəliyi ilə keçirilən sessiyası öncəsi həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.