Rusiyanın Novosibirsk şəhərində partlayış baş verib

9 Fevral 2023 09:47 (UTC+04:00)

Rusiyanın Novosibirsk şəhərində partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə yaşayış evlərindən birində olub.

İlkin səbəb kimi qaz sızması göstərilir. Partlayış nəticəsində 2 nəfər həlak olub. Həmçinin 11 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi, daha 11 nəfərin isə itkin düşdüyü bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir