Zəlzələ ilə əlaqədar fəaliyyətlərdə istifadə edilmək üçün ayrılan Prezidentliyə məxsus təyyarə həm Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrə tibbi qruplar və yardım materialları daşıyıb, həm də bölgədəki ağır yaralıları müalicə üçün Ankaraya çatdırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarənin son sərnişinləri zəlzələ zonalarında müşayiət olunmayan körpələr olub. 0-1 yaş arası 16 körpə Kahramanmaraşdan alınaraq Ankaraya gətirilib.
Körpələr Ailə və Sosial Xidmətlər Nazirliyinin himayədar anaları tərəfindən Esenboğa hava limanına enən təyyarədən götürülərək Etlik Şəhər Xəstəxanasına aparılmaq üçün təcili yardım maşınlarına aparılıb.