Türkiyənin serial şirkətləri ilə aktyorları hərəkətə keçdi - FOTO

9 Fevral 2023 07:30 (UTC+04:00)

Türkiyənin "Ay yapım" və digər film şirkətləri zəlzələ nəticəsində evsiz qalan vətəndaşlara yardım edəcək. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, "Ay yapım" karavan, generator, işıq və digər əşyaları zəlzələ ərazisinə göndərəcəyini açıqlayıb.

Həmçinin Türkiyənin "Star TV" və NTV kanalları zəlzələ qurbanları üçün yardım kampaniyasını həyata keçirəcək. Belə ki, kanallar birlikdə yayım edəcək, serialların aktyorları isə AFAD (Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) üçün yardım toplayacaq.

Yayımda Türkiyənin ən reytinqli serialı olan "Yalı çapkını", "Ömer" və "Çöp adam"ın aktyorları qonaq olaraq yardım kampaniyasına start verəcəklər. Yaxın günlərdə başlaması planlaşdırılan layihənin aparıcıları Seda İlkir, Mesut Yar və Nazlı Çelik olacaq.

Proqramın nə vaxt keçiriləcəyi yaxın zamanlarda dəqiqləşəcək.