Türkiyənin bir sıra vilayətində baş vermiş məlum zəlzələ nəticəsində yaralalanlara dəstək olmaq məqsədi ilə azərbaycanlı vətəndaşlar yardım kampaniyası həyata keçiriblər. SİA xəbər verir ki, bu gün aksiyanın ikinci günüdür. Vətəndaşlarımız yaralılara lazım olan bütün əşyaları toplayaraq Türkiyəyə göndərilməsi üçün Bakı şəhəri, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına idman sarayında onlar üçün ayrılmış yerə gələrək əşyaları təhvil verirlər. İnsanlar yaralılara lazım olan yorğan, döşək, isti geyimlər, uşaq bezləri, müxtəlif yeyəcəklər, uşaq qidası, ayaqqabı, əlcək, isitmə aparatları və s. gətirərək tırlara doldururlar.