Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə iki zəlzələdə balans hər keçən dəqiqə ağırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Hatayda iki zəlzələ böyük dağıntılara səbəb olarkən, axtarış-xilasetmə işləri aramsız olaraq davam edir. Ekipajlar dağıntılar altından vətəndaşları çıxarmaq üçün iş aparır. Zəlzələ ilə bağlı paylaşım edən məşhurlardan biri də müğənni Karsu oldu.
Məşhur müğənni Karsu İnstaqram paylaşımında dağıntılar altında qalan yaxınları üçün ağlayaraq kömək istəyib. Karsu yardım istədiyi videoda "Mən də hər kəsə mesaj göndərmək istədim. “Karsu, necəsən, ailən necədir?”,- deyə soruşursunuz. Bizim ailədə itki çoxdur. Nənəm, bibim və uşaqlarından hələ də xəbər yoxdur. Ailəm deyir ki, Hataya çox yardım edilməyib. Əlimizdən nə gəlirsə edək. Allah hər kəsin köməyi olsun”,- ifadələrini işlədib.