Bildiyiniz kimi, fevralın 3-də paytaxt Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər. Aparıcı maliyyə qurumlarının layihələrə maraq göstərməsi doğurdanda çox yaxşı haldır. Maraq göstərən qurumlardan əsasən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Yaşıl enerji layihələri haqqında danışarkən ölkəmizdə bu məsəələ üzrə aparılan proseslərə xüsusi diqqət çəkdi. Məlumdur ki, Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki böyük sərmayə layihəsi həyata keçirilir ki, məhz bu layihələrin ümumi həcmi 470 meqavatdır.Hətta bu yaxınlarda BP şirkəti ilə birlikdə daha bir mühüm layihənin icrasına start veriləcək.Qeyd olunan layihə işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyasıdır. Ölkəmizin müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur. Bundan sonra da Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacağına vədlər verir.Bu hədəflərə çatmaq üçün işi bütövlükdə məhz komanda şəklində davam etdirmək,qarşılıqlı bir-birimizi davamlı surətdə dəstəkləməliyik.
“Cənub Qaz Dəhlizi” və “Yaşıl Enerji” layihələrinin məşvərət şuralarının iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də Azərbaycanın bir tərəfdaş kimi layihədəki önəmini əks etdirirdi. Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Məhz bu iki mühüm iclasın Rumıniyada qərarlaşdırılması da bunun nəticəsidir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır. Qloballaşan dünyada Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerji daşınması və transferlər zamanı itkilərin minimuma endirilməsi üçün yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İnkişafın sürtətlənməsi üçün Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq dəvamlı olmalıdır. Yunanıstan, İtaliya, Türkiyə, Bolqarıstan, Albaniya, Rumıniya, Gürcüstan, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər. Azərbaycan ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini