Türkiyədə baş verən zəlzələ ilə bağlı “Şebeke” serialının çəkilişləri dayandırılıb. SİA xəbər verir ki, bu barədə layihədə rol alan aktrisa Pelin Karahan instaqramda paylaşım edib.
O, digər ekran işlərini də bu addıma çağırırıb: ““Şebeke” komandası olaraq çəkilişlərə fasilə verdik. Komanda yoldaşlarımız fəlakət bölgəsindəki ehtiyacı olanlar üçün generator və karvanlarımızla yardım ləvazimatları gətirmək üçün yola düşür! Xahiş edirəm, davam edən seriallar, çəkiliş qrupları və kanallar, bu sektorda çalışan hər bir insanın fəlakət bölgəsində ailəsi, qohumu, həyat yoldaşı, dostu var. Kömək edək, gün birlik günüdür, çəkilişlər gözləsin”.