Klublararası dünya çempionatında ilk finalçı bilindi

8 Fevral 2023 01:19 (UTC+04:00)

Braziliyanın “Flamenqo” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandalarının qarşılaşdığı klublararası dünya çempionatının yarımfinal oyunu başa çatıb. SİA xəbər verir ki, Mərakeşin “Stad de Tanjer” stadionunda keçirilən qaarşılaşma “Əl-Hilal”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Əl-Hilal”ın finaldakı rəqibi “Real” – “Əl-Əhli” matçından sonra müəyyənləşəcək.

7 fevral

"Flamenqo" (Braziliya) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 2:3
Qollar: Al-Davsari, 4 (0:1), Abreu, 20 (1:1), Al-Davsari, 45+9 (1:2), Vyetto, 70 (1:3), Abreu, 90+1 (2:3)