9 aylıq hamilə qadın dağıntılar altından çıxarıldı

8 Fevral 2023 01:18 (UTC+04:00)

Türkiyənin Hatay şəhərində xilasedicilər 40 saat sonra 9 aylıq hamilə qadını dağıntılar altından çıxarıb. SİA xəbər verir ki, bu haqda Ümraniye Bələdiyyəsi açıqlama yayıb.

Açıqlamaya görə, 9 aylıq hamilə olan Nehir İlkovanı dağıntılar altından sağ xilas edilib.