Acun İlıcalı zəlzələdən zərər çəkmiş ərazilərə yardım edəcək

8 Fevral 2023 01:40 (UTC+04:00)

Türkiyənin tanınmış prodüseri və iş adamı Acun İlıcalı zəlzələdən zərər çəkmiş ərazilərə yardım edəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu hazırda aktiv yardım kampaniyası aparan məşhur sənətçi Haluk Levent bildirib.

“Əziz Acun İlıcalı sabahdan bölgəyə 100 yük maşını “Ahbapsu” göndərəcək.

Bundan əlavə, o, 5 milyon məhsul dəstəyi və alacağımız konteynerlərin içini əşyalarla doldurmağı vəd edib”, - Levent sosial şəbəkədə yazıb.