İsrail zəlzələ zonasında səhra xəstəxanası yaradacaq

8 Fevral 2023 00:04 (UTC+04:00)

İsrailin Müdafiə Qüvvələrinin (IDF) tibbi yardım heyəti Türkiyəyə gəlir.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 8-də səhər tibb heyəti Türkiyənin cənubunda humanitar yardım səylərinə qoşulmaq üçün yola düşəcək. "Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra xəstəxanası yaradacaq və tibbi yardım göstərəcək", XİN bildirib.

Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi bu səhər Türkiyəyə gəlib.