Rusiya tacik miqrantlara pensiya verəcək?

8 Fevral 2023 00:01 (UTC+04:00)

Tacikistan hakimiyyəti Rusiyada işləyən, işləmək üçün rəsmi qeydiyyatdan keçmiş və Rusiya Federasiyasının Pensiya Fonduna pul köçürən tacik əmək miqrantlarının bu ölkədən pensiya alacaqlarını təsdiqləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ilk miqrantlar artıq bu ölkədən pensiya almaq üçün lazımi sənədləri təqdim ediblər.

Bunu Tacikistanın Sosial Sığorta və Pensiya Təminatı Agentliyinin rəhbəri Dilmurod Davlatzoda fevralın 7-də Düşənbədə mətbuat konfransında bildirib.

Verilən məlumatlara görə, Tacikistan və Rusiya arasında tacik əmək miqrantlarının pensiya təminatı haqqında saziş 2021-ci ildə imzalanıb. Sənədi Rusiya tərəfi hələ 2014-2015-ci illərdə hazırlayıb. Müxtəlif instansiyalarda müzakirələr və təsdiqlər tam yeddi il davam edib.

Maraqlıdır ki, Rusiyada təcrübəsi olan bəzi Tacikistan sakinləri müqavilənin icrasına şübhə ilə yanaşırlar. Bununla belə, Tacikistanın Sosial Sığorta və Pensiya Agentliyinin rəhbəri əmin edir ki, taciklərin Rusiya pensiyalarını almaqda heç bir problemi olmayacaq.

Tacikistanın Sosial Sığorta və Pensiya Agentliyinin direktoru rusiyalı həmkarlarına istinadən bildirib ki, ilk miqrantlar artıq pensiya almaq üçün lazımi sənədləri Rusiyanın müvafiq strukturlarına təqdim ediblər. Bununla belə, o, konkret rəqəmlərin adını çəkməyib.

Tacikistanla Rusiya arasında tacik miqrantların Rusiya Federasiyasında əmək fəaliyyətinə görə pensiya təminatı məsələsi əsas məsələlərdən biri olub. Bir ildən artıqdır ki, bu, iki dövlətin müvafiq idarələrində müzakirə olunur.

2022-ci ilin aprelində Tacikistan və Rusiya parlamentləri tərəfindən ratifikasiya edilmiş saziş Rusiya Federasiyası ərazisində rəsmi işləyən Tacikistan vətəndaşlarına Rusiya Federasiyasının vətəndaşlarına bərabər tutulmağa və Rusiya pensiyaları almağa imkan verir.

Bu arada paytaxt Düşənbə küçələrində keçirilən sorğu, Rusiyada işləyən miqrantların pensiya təminatı haqqında sazişin icrası ilə bağlı konsensusun olmadığını göstərib.

Hətta maraqlıdır ki, rəyi soruşulanlardan biri Qərbin sanksiyaları altında inləyən və böyük maliyyəyə ehtiyacı olan bir ölkənin hazırda öz işləyənlərinə pul verə bilmədiyi halda, taciklərə pensiya verəcəkmi?

Ağasəf Babayev