Monteneqro da Türkiyəyə xüsusi təlim keçmiş xilasedicilər göndərib

7 Fevral 2023 23:27 (UTC+04:00)

Monteneqro Türkiyədə baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə xüsusi briqada göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Podqoritsa başda olmaqla Kotor və Nikşiç şəhərlərindən olan qruplar hazırda axtarış-xilasetmə əməliyyatlarında iştirak edirlər. Həmçinin Türkiyədəki briqadaya 15 nəfərlik qrupun da əlavə olunacağı bildirilib.

Monteneqronun Türkiyəyə xüsusi təlim keçmiş xilasedicilər göndərdiyini deyən Baş nazir Dritan Abazoviç bildirib: “Böyük faciədən əziyyət çəkən Türkiyə və Suriya xalqlarının yanında fədakarcasına olan bütün əməkdaşlarımız və vətəndaşlarımızla fəxr edirik”.