Suriyanın şimalında matəm elan edildi

7 Fevral 2023 22:55 (UTC+04:00)

Suriya Müvəqqəti Hökuməti Suriyanın şimalında Kahramanmaraş mərkəzli zəlzələlərin baş verdiyi bölgələrdə matəm elan edib və təhsilin fevralın 11-dək dayandırıldığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, verilən yazılı açıqlamada Suriyanın şimalında müxalifətin nəzarətində olan bölgələrdə baş verən zəlzələlər nəticəsində humanitar fəlakət yaşandığı diqqətə çatdırılıb.

Axtarış-xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyi yazılan açıqlamada bildirilir: “Suriyada azad edilmiş ərazilərdə matəm elan edilərək məktəb və universitetlərdə fevralın 11-dək tədris dayandırılıb”.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş rayonunda fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirindən Suriyanın da müxtəlif bölgələrindən olmaqla 1600-dən çox adam həyatını itirib, 4 minə yaxın yaralı var.