Parisdə pensiya islahatına qarşı iğtişaşlar başlayıb

7 Fevral 2023 22:17 (UTC+04:00)

Parisdə iğtişaşlar pensiya islahatına qarşı nümayiş zamanı başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sen-Deni bulvarında bir qrup aqressiv gənc mağazanın vitrinlərini və kafelərin şüşələrini sındırmağa, zibil qutularını yandırmağa başlayıblar. Sonra isə onlar korteji müşayiət edən polislərlə toqquşublar.

Paris polisini məlumatına görə, hüquq-mühafizə orqanları indiyədək 10 nəfəri saxlayıblar.

“Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının məlumatına görə, Paris etirazında 400 mindən çox insan iştirak edir.

Bu gün Le Havr, Lion, Marsel, Tuluza və digər şəhərlərdə də böyük nümayişlər keçirilir.

Qeyd edək ki, yanvarın 10-da Fransanın Baş naziri Elizabet Bornun təqdimatında pensiya islahatı təqdim edilib. Bu islahata görə, minimum pensiya yaşı 2030-cu ilə qədər 62-dən 64 yaşa qədər artırılacaq və ən azı 43 il dayanmadan işləyənlər1,2 min avroya qədər pensiya alacaqlar.

Fransada bir çox xüsusi pensiya rejimləri ləğv ediləcək ki, bu da, xüsusilə nəqliyyat və enerji sektorunda çalışanlara təsir edəcək. Hazırda qanun layihəsinə Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları baxır. Baş nazir islahatın qarşıdakı yayda həyata keçirilməsinə ümid edir.

Ağasəf Babayev