Axtarışa verilən aliment ödəyiciləri

7 Fevral 2023 21:37 (UTC+04:00)

Siz elə bilirsiniz bu elə təkcə bizdəir, yox, elə bilməyin budur Tacikistanda aliment verməyib aradan çıxaraq gizlənən 398 aliment ödəyicisi axtarışa verilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Tacikistan Hökuməti yanında İcra Xidmətinin rəhbəri məlumat verib.

Xidmət rəhbər icraçıların təklifi ilə borcluların alimenti ödəməkdən qəsdən yayınması ilə bağlı Tacikistan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tələbləri ilə 538 borclu şəxs barəsində cinayət işi başlanıldığını bildirib.

Tacikistan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, borclu bir aydan artıq müddətə aliment ödəməkdən imtina edərsə, ondan alimentin alınması ilə bağlı iş məhkəməyə verilir.

Bu gün rəsmi məlumatlara görə, Tacikistanda hər gün 30-dan çox ailə dağılır. Boşanmaların əsas səbəbləri üçüncü şəxsin ailə həyatına müdaxiləsi, qadınlara qarşı məişət zorakılığı, ağır iqtisadi vəziyyət, biri əmək miqrasiyasında olan ər-arvadın uzun müddət ayrılması, ayrıca mənzilin olmamasıdır.

Ağasəf Babayev