Tacikstan Türkiyəyə 50 xilasedicisi göndərir

7 Fevral 2023 21:25 (UTC+04:00)

Tacikistan Türkiyədə güclü zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərəcək.

Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin 50 xilasedicisi xüsusi xilasetmə ləvazimatları ilə fəlakət zonasına göndəriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Tacikstan Fövqəladə Hallar Komissiyası rəhbərinin müavini İmomali İbrohimzoda bildirib.

Türkiyə Tacikistandakı səfiri Umut Acarın sözlərinə görə, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ona Düşənbənin zəlzələnin nəticələrinin aradan qaldırılması, habelə ilkin humanitar yardımın göstərilməsi üçün Fövqəladə Hallar Komissiyasının peşəkar axtarış-xilasetmə qrupunu səfərbər etməyə hazır olduğunu bildirib.

“Bu gün 50 nəfərlik xilasedicilər qrupu Türkiyəyə yola düşəcək. Mənə həmçinin deyiblər ki, Tacikistan zəlzələdən zərər çəkənlərə 10 ton humanitar yardım göndərəcək”, – deyə Türkiyə səfiri bildirib.

Ağasəf Babayev