Ukraynada yeni təyinatlar

7 Fevral 2023 21:15 (UTC+04:00)

Ukrayna Ali Radası Vasili Malyukun ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri, İqor Klimenkonun isə Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilməsinə səs verib.

SİA-nın əldə etdiyi məlumata görə, 450 deputatdan 324-ü Malyukun lehinə səs verib. Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avro Həmrəyliyi” və “Qolos” fraksiyaları səsvermədə bitərəf qalıblar.

Qeyd edək ki, Prezident Vladimir Zelenski də parlamentin iclasında iştirak edib. O, deputatları Malyukun namizədliyini dəstəkləməyə çağırıb.

Xatırladaq ki, Malyuk ötən ilin iyulundan Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edirdi. Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətinun əvvəlki rəhbəri İvan Bakanov və Ukraynanın baş prokuroru İrina Venediktova vəzifələrindən kənarlaşdırılıb.

Buna səbəb onların nəzarətində olan idarələrin əməkdaşlarının Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin araşdırılması olub.

Ağasəf Babayev