"Dünyanın ən böyük fəlakətlərindən biri..."

7 Fevral 2023 19:45 (UTC+04:00)

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələnin dünyanın ən böyük fəlakətlərindən biri olduğunu deyib. Türkiyə lideri bunu fevralın 7-də yerli telekanallar tərəfindən yayımlanan müraciətində vurğulayıb.

Baş verən zəlzələnin əvvəlkilərlə müqayisədə çox böyük ərazidə böyük dağıntılara səbəb oduğunu deyən Türkiyə prezidenti: “Biz təkcə respublika tarixində, coğrafiyamızda deyil, həm də dünyada ən böyük fəlakətlərdən biri ilə üzləşmişik”, - deyə əlavə edib.

Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.

Ərdoğanın sözlərinə görə, Türkiyədə baş verən zəlzələ 13 milyondan çox insanı əhatə edib. Belə ki, artıq 3,5 mindən çox insanın öldüyü aydın olub və bu rəqəm hələ də artmaqda davam edir. Bundan əlavə, 22 mindən çox insan yaralanıb.

Bir daha xatırladaq ki, fevralın 7-də səhər saatlarında Türkiyənin mərkəzi hissəsində 5,6 bal gücündə növbəti zəlzələ baş verib.

Ağasəf Babayev