Ronaldinyonun oğlu "Barselona"da oynayacaq

7 Fevral 2023 18:43 (UTC+04:00)

"Barselona"nın sabiq futbolçusu Ronaldinyo oğlu Joao Mendez de Assis Moreyranın Kataloniya klubunun akademiyasına gəldiyini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, braziliyalı veteran futbolçu "Sport.es"ə açıqlamasında bu barədə deyib: "Barselona" mənim həyatımın bir hissəsidir. Klub həmişə mənimlədir. Oğlumun "Barselona"ya gəlişi ilə mən daha çox burada olacağam".

Ronaldinyonun oğlunun 17 yaşı var. Hücumda və yarımmüdafiədə oynayır.

42 yaşlı Ronaldinyo 2003-2008-ci illərdə "Barselona"da 207 matçda iştirak edib və 94 qol vurub.