"Qərb Ukraynadakı münaqişənin uzanmasında maraqlıdır"

7 Fevral 2023 18:00 (UTC+04:00)

ABŞ və müttəfiqləri Ukraynadakı münaqişəni mümkün qədər uzatmağa çalışırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu fevralın 7-də keçirdiyi toplantıda bildirib.

Şoyqunun sözlərinə görə, bunun üçün Qərb Kiyevə ağır hücum silahları verməyə başlayıb. Üstəlik, Qərb dövlətləri açıq şəkildə Ukraynanı Rusiya ərazilərini ələ keçirməyə çağırırlar.

Rusiyanın müdafiə naziri belə addımların NATO ölkələrini münaqişəyə cəlb edib, gözlənilməz eskalasiya səviyyəsinə gətirib çıxara biləcəyini də xatırladıb.

Yeri gəlmişkən, Polşanın baş naziri Mateuş Moravetski Ukraynaya döyüş təyyarələrinin tədarükü ilə bağlı qərarın hələ verilmədiyini bildirmişdi.

Bundan əvvəl isə Yens Stoltenberq, NATO-nun Ukraynadakı münaqişənin tərəfi olmadığını və olmayacağını bəyan etmişdi.

Ağasəf Babayev