Tedros Adhanom Ghebreyesus: ''Türkiyənin yanındayıq''

7 Fevral 2023 17:45 (UTC+04:00)

bildirib.
''Belə çətin gündə yanınızdayıq'',-deyə Tedros Adhanom Qebriyesus.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qebreyesus Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı gördükləri işlər ilə əlaqədar idarə heyətinə məlumat verib.
ÜST-nin Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiye səlahiyyətliləri ilə əməkdaşlıq edəcəyini ifadə edən T.A.Qebreyesus deyib: ''Belə çətin gündə sizin yanızdayıq''.
Qebreyesus Türkiye və Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin sayının dörd mini, xəsarət alanların sayının isə 18 mini keçdiyini bildirib.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini deyən ÜST-nin rəhbəri davam edən zəlzələlərin və əlverişsiz hava şəraitinin bu əməliyyatların həyata keçirilməsini çətinləşdirdiyini bildirib.
T.A.Qebreyesus təşkilatın kommunikasiya şəbəkəsini və təcili tibbi yardım qruplarını səfərbər etdiklərini qeyd edib.