34 saat sonra yaralı qadın xilas edilib

7 Fevral 2023 17:00 (UTC+04:00)

Qaziantepdə dağılmış binadan 34 saat sonra yaralı qadın xilas edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında qalanların xilas edilməsi üçün işlərini davam etdirir.

Ətrafı dinlədikdən sonra dağıntılar altında qaldığı təsbit edilən Filiz Abar təxminən 34 saat sonra xilas edilərək yaxınlıqdakı özəl xəstəxanaya aparılıb. Bu arada dağılmış binanın ətrafında gözləyən vətəndaşlar dağıntılar altında qalan yaxınlarından xəbər gözləyirlər.

Ayşən Vəli