Azərbaycanlı vətəndaşlar Türkiyə üçün bir yumruq oldu - FOTOLAR

7 Fevral 2023 16:50 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş məlum zəlzələ nəticəsində yaralalanlara dəstək olmaq məqsədi ilə bu gün azərbaycanlı vətəndaşlar yardım kampaniyası həyata keçiriblər. SİA xəbər verir ki, onlar yaralılara lazım olan bütün əşyaları toplayaraq Türkiyəyə göndərilməsi üçün Bakı şəhərinin Babək prospektində onlar üçün ayrılmış yerə gələrək əşyaları təhvil verirlər.