Ərdoğan: "Xalqımızı qarşı-qarşıya qoymağa cəhd edənləri diqqətlə izləyirik" XƏBƏRDARLIQ!

7 Fevral 2023 16:18 (UTC+04:00)

"Belə bir tarixi fəlakət üzərində işlərin aparıldığı bir vaxtda biz xalqımızı qarşı-qarşıya qoymağa cəhd edənləri də diqqətlə izləyirik. İndi onlarla mübahisə aparmaq günü deyil. Vaxtı çatanda biz hazırda da bizdə olan o kitabı açacağıq". SİA xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra daxili və xarici siyasi dairələrin baş vermiş dəhşətli zəlzələ fəlakətdən sui-istifadə etməklə ölkədəki vəziyyəti gərginləşdirməyə çalışanlarla bağlı fikirlərini şərh edərkən deyib.

Xatırladaq ki, Ərdoğan Türkiyənin 10 vilayətində fövqəladə rejim elan edib.