İran terroruna nəyə görə lazımi cavab verilmir? - POLİTOLOQ DANIŞDI

7 Fevral 2023 15:54 (UTC+04:00)

“İranda baş verən terror hadisəsinə İran tərəfindən ciddi bir məlumat və açıqlama verilməyib. Təbii ki, Azərbaycan tərəfinin ciddi təzyiqinə və təkidinə baxmayaraq İran tərəfi bu işi ləngidir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, bu terror aktı məqsədyönlü və qəsdlə olunmuş bir şeydir: “İran tərəfi isə bunu ciddi qəbul etmir və tutumlu bir cavabları yoxdur. Baş verən bu terror aktından sonra İran tərəfi məsələ ilə bağlı bir neçə versiya irəli sürdü. Onlar cinayətkarın ruhi xəstə olduğunu, ailə vəziyyətinin yaxşı olmadığını iddia etdilər. Təbii ki, bütün bunları Azərbaycan tərəfi qəbul etmir və Azərbaycan tərəfi istintaqın aparılmasında özünün iştirakını zəruri sayır və bu istiqamətdə məsələ qaldırıb. İran tərəfi bu şərti qəbul etmir və cəza vermir. Məhz bu səbəbdən Azərbaycanın öz səfirliyinin İrandan geri çağırılması da məhz bununla bağlıdır. Azərbaycan ümumiyyətlə İran tərəfinin bu rədd cavabını birmənalı şəkildə qəbul etmir. Düşünürəm ki, İran tərəfi bu versiya üzərində işləyir və Azərbaycan bunu qəbul edərsə, bəyan edəcək. Azərbaycan tərəfi onların heç bir təklifini qəbul etmir. Mən hesab edirəm ki, Azərbaycan tərəfi İranın indiyənə kimi irəli sürdüyü versiyaları qəbul edib. Nə də bundan sonra ki, versiyaları qəbul edəcək. Azərbaycan tərəfi haqlı olaraq düşünür ki, bu bir mənalı olaraq terror hadisədir və bu hal İranın nəzarəti altında olan hökumət orqanları xüsusən də separatçılar tərəfindən həyata keçirilmişdir. İran bunu qəbul etmək fikrində deyil. Lakin vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini demək çətindir”.