Naxçıvanda sahibkarlara dəstək müzakirə edilib- FOTO

7 Fevral 2023 11:48 (UTC+04:00)

Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O vurğulayıb ki, həmkarlarla birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdəyik: "Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük".