2 nəfərin meyiti tapılıb - FHN

7 Fevral 2023 11:13 (UTC+04:00)

Ötən gün 2 nəfərin meyiti tapılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, aşkar olunan meyitlər aiddiyyəti üzrə təhvil verilib.

Eyni zamanda dünən 11 yanğın baş verib.

Ümumilikdə FHN qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.