Hatay Hava Limanına gedən yolda dərin çatlar əmələ gəlib

7 Fevral 2023 10:52 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş ərazisində baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan 2 böyük zəlzələdə Hatay Hava Limanına gedən yolda dərin çatlar əmələ gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yol avtomobillərin hərəkəti üçün bağlanıb. Uçuş zolağında yaranan çatlara görə dünəndən etibarən hava limanı uçuşlar üçün bağlanıb.