Xalq artistinin konserti təxirə salındı

7 Fevral 2023 05:22 (UTC+04:00)

Xalq artisti Azərinin bu gün Kahramanmaraşda baş tutmalı olan konserti təxirə salınıb. SİA xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında məlumat yayıb.

O, zəlzələ səbəbi ilə konsertin baş tutmayacağını bildirib: “Bu gün Kahramanmaraşdakı konsertimiz üçün yola düşəcəkdik. Səhər 04:30-da Ankarada zəlzələni hiss etdikdən sonra Kahramanmaraşa zəng vurduq və təəssüf ki, bu xəbəri aldıq. Zəlzələ bölgəsindəki insanlarımız üçün dua edirəm. Sizlərdən də dua etməyi xahiş edirəm. Çox kədərliyəm. Allah yardım etsin. Başımız sağ olsun”.

Qeyd edək ki, zəlzələ 7, 7 bal gücündə baş verib. Nətidə 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb. Bununla yanaşı 2470 nəfər dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.