Türkiyədə zəlzələ qurbanlarının sayı 2379 nəfər olub

7 Fevral 2023 02:10 (UTC+04:00)

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay canlı yayımda məlumat verib.

Son məlumatlara görə, 2379 nəfər ölüb. Yaralı sayı isə 14 483 nəfər qeydə alınıb.

İndiyə qədər dağıntılar altından 7240 vətəndaş xilas edilib.