Millinin sabiq üzvü və oğlu zəlzələnin qurbanı oldu

7 Fevral 2023 01:39 (UTC+04:00)

Suriya millisinin sabiq futbolçusu Nadir Cohadar ölkədə baş verən zəlzələ nəticəsində həlak olub. SİA xəbər verir ki, bu barədə Suriya Futbol Assosiasiyası məlumat yayıb.

Cəblə şəhərində vəfat edənlər arasında 46 yaşlı keçmiş hücumçu və oğlu Taac Cohadar da var.

Qeyd edək ki, Nadir Cohadar Suriya yığmasının heyətində keçirdiyi 14 oyunda 9 qol vurub.