Rusiya Türkiyəyə mobil hospital göndərib

7 Fevral 2023 01:24 (UTC+04:00)

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyəyə mobil hospital göndərib. SİA xəbər verir ki, hospitalda 40-dan çox mütəxəssis100-ə yaxın xəstəyə tibbi yardım göstərə biləcək.

Xatırladaq ki, Rusiya FHN xilasedicilərinin olduğu dörd təyyarə artıq Türkiyəyə və Suriyaya yola düşüb. Onların arasında kinoloqlardan ibarət dəstə də var.